Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi təsdiq edildi

dovlet-neft-fondu-musahide-surasinin-yeni-terkibi-tesdiq-edildi
Oxunma sayı: 1479

Prezident İlham Əliyev Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun xəbərinə görə, sərəncama əsasən, Dövlət Neft Fondu Müşahidə Şurasının aşağıdakı yeni tərkibi təsdiq edilib:
 
Novruz Məmmədov – Azərbaycan Respublikasının Baş naziri
 
Valeh Ələsgərov – Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
 
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi – şöbə müdiri
 
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
 
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
 
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri
 
“Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 73 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 1031; 2010, № 2, maddə 80; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384; 2017, № 8, maddə 1545) 1-ci hissəsi ləğv edilib.