“Dövlət və millət arasındakı uçurumu qaldırdıq”

dovlet-ve-millet-arasindaki-ucurumu-qaldirdiq
Oxunma sayı: 2757

“Bizimlə bu sevinci paylaşan dostlarımıza təşəkkür edirik. 1000 ildir vətən torpaqlarını qanla sulayan şəhidlərimizi, Cümhuriyyətimizin banisi Mustafa Kamal Atatürkü hörmətlə anıram”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin 100 illik ildönümü münasibətilə keçirilən parad zamanı danışarkən deyib.

O bildirib ki, hər bir vətəndaş güclü Türkiyə üçün çalışmağa davam edəcək:

"Köklü tariximizlə Cümhuriyyətimizi daha da inkişaf etdirəcəyik. Biz həmrəyliyimiz ilə dövlət və millət arasındakı uçurumu qaldırdıq. Bundan sonra da ölkəmizin düşmənlərinin bütün səylərinə baxmayaraq, biz güclü Türkiyə üçün çalışmağa davam edəcəyik”.