Türkiyənin Kilis şəhərində pasiyent illərdir onu müayinə edən həkimə böyrəyini verib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ailə sağlamlığı mərkəzində həkim kimi çalışan və 35 ildir böyrək çatışmazlığından əziyyət çəkən Turgay Happani qan qrupu uyğunluğunun olmaması səbəbindən ailəsindən donor tapa bilməyib.
Bunu öyrənən Mehmet Kın adlı pasiyent könüllü olaraq böyrəyini həkiminə bağışlamaq istədiyini bildirib. Əvvəlcə o bu təklifi qəbul etməyib.
“Öncə bunu ciddi qəbul etmədim. Çünki həkim olaraq, bu cür hallarda ailə üzvlərinin belə orqan bağışlama məsələsində nə qədər çətinlik çəkdiklərinə dəfələrlə şahid olmuşdum”, - o deyib.
Lakin M.Kının təkid etməsindən sonra T.Happani transplantasiyaya razılıq verib. Aparılan müayinələrdən sonra uyğun hesab edilən böyrək uğurlu əməliyyat nəticəsində ona köçürülüb.
Hadisə sosial şəbəkələrdə də geniş rezonans və marağa səbəb olub.
Son xəbərlər
Son Xəbərlər