Göygöldə də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi - Fotolar

goygolde-de-heyder-eliyevin-anadan-olmasinin-103-cu-ildonumu-qeyd-edildi
Oxunma sayı: 293

Ömrünü Azərbaycan dövlətçiliyinin tərəqqisinə sərf etmiş Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibəti ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöldə “Xalqımızın qəlbində yaşayan əbədi lider” mövzusunda konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatı Kamran Bayramov, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Göygöl rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Əvvəlcə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.

Dövlət Himni səsləndirilib, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, videoçarx təqdim edilib.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin qazandığı uğurlardan söz açıb. Bildirilib ki, Ümummilli Lider daim millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində təməl prinsip və norma kimi qəbul edib. Qeyd olunub ki, Azərbaycanda dövlət quruculuğunun inkişafı, tərəqqisi Ulu Öndərin adı ilə bağlıdır.

Bir sıra şəxs Fəxri Fərmanlarla təltif edilib və YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Konfransın bədii hissəsində musiqiçilərin təqdimatında konsert proqramı təqdim olunub.

Tədbir Heydər Əliyev parkının ərazisində ağacəkmə aksiyası ilə davam etdirilib.

Sonda xatirə fotosu çəkdirilib.