Dövlət Xidmətinin CERT Mərkəzinin yeni veb-saytı istifadəyə verilib

dovlet-xidmetinin-cert-merkezinin-yeni-veb-sayti-istifadeye-verilib
Oxunma sayı: 1036

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib.

“Qafqazinfo” xəbər verir ki, 2008-ci ilin 20 aprel tarixində fəaliyyətə başlamış Mərkəzin vəzifəsi dövlət qurumlarında baş vermiş kiberinsidentləri araşdırmaq, təhlil etmək və qarşısını almaqdan ibarətdir.

CERT-in tərkibində fəaliyyət göstərən kiberəməliyyatlar mərkəzi (SOC) vasitəsilə dövlət qurumlarında informasiya təhlükəsizliyi 24/7 monitorinq edilir, dövlət informasiya sistem və ehtiyatlarında informasiya təhlükəsizliyi auditləri aparılır və "GOV.az" domen zonası üzrə inzibatçı funksiyası icra edilir.

Qeyd edək ki, 2011-ci ildən beynəlxalq CERT birliyi təşkilatlarına üzv olan və 2016-cı ildən OIC-CERT təşkilatının idarə heyətinə seçilən XRİTDX CERT Mərkəzi (CERT.gov.az) bu platformalarda ölkəmizi təmsil edir.