Döyülən hakim baş verənlərdə Emre Belözoğlunu günahlandırdı

doyulen-hakim-bas-verenlerde-emre-belozoglunu-gunahlandirdi
Oxunma sayı: 2650

“Ankaragücü” klubunun Faruk Koca tərəfindən döyülən hakim Halil Umut Meler açıqlamalar verib.

“Qafqazinfo”nun məlumatına görə, “Fanatik”ə açıqlmasında referi hadisənin ankaralıların baş məşqçisi Emre Belöoğlu tərəfindən təşkil olunduğunu bildirib:

“Klub prezidentini provakasiyaya çəkən Emre Belözoğlu oldu. Bu hadisələrin günahkarıdır”. 

Qeyd edək ki, dekabrın 11-də keçirilən “Ankaragücü” – “Rizespor” matçında Halil Umut Melerin qərarından narazı qalan meydan sahiblərinin prezidenti Faruk Koca meydana girərək Halil Umut Melerin üzünə sərbə endirmişdi.