DSX və FHN-də hərbi qulluqçuların maaşları artırıldı

dsx-ve-fhn-de-herbi-qulluqcularin-maaslari-artirildi
Oxunma sayı: 8293

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Fərmana əsasən, əməkdaşların aylıq vəzifə maaşları orta hesabla 10 % artırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməli, Dövlət Gömrük Komitəsi və Maliyyə Nazirliyi fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Dövlət başçısının digər Fərmanına əsasən, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Fövqəladə Hallar və Maliyyə nazirlikləri bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Hər iki Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.