DTX və Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmət keçənlərlə bağlı yeni - Qərar

dtx-ve-xarici-kesfiyyat-xidmetinde-heqiqi-herbi-xidmet-kecenlerle-bagli-yeni
Oxunma sayı: 13936

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin DTX-də və ya Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında qərarda əksini tapıb.

Belə ki, yuxarıda nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər DTX və ya Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilməli və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilməlidir.