Dubay hava limanları müvəqqəti fasilədən sonra tam fəaliyyətini bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmirlik hökuməti məlumat yayıb.
Qeyd olunub ki, bəzi reyslər gecikə və ya ləğv edilə bilər.
Qeyd edək ki, İranın Qətərdəki “Əl-Udeyd” aviabazasına endirdiyi zərbələrdən sonra Birləşmiş Ərəb Əmirlikləri hava məkanını bağlamışdı.