Dubaydan Moskvaya uçan təyyarə Xəzərin üzərində qəza siqnalı verdi - Yenilənib

dubaydan-moskvaya-ucan-teyyare-xezerin-uzerinde-qeza-siqnali-verdi
Oxunma sayı: 7791

Dubaydan Moskvaya uçan “Boeing” sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Flightradar” xidmətinin məlumatlarında bildirilir.

Belə ki, “Boeing-737” sərnişin təyyarəsi təxminən 20 dəqiqə əvvəl Xəzər dənizi üzərində ümumi fövqəladə vəziyyət (ümumi həyəcan) transponder kodunu təyin edib.

“Təyyarə Həştərxanda təhlükəsiz eniş edib”, - aviasiya xidmətləri TASS-a bildirib.