Dünən 35 “parkovşik” cərimələnib

dunen-35-parkovsik-cerimelenib
Oxunma sayı: 2901

Bakıda avtomobillərin qanunsuz parklanması ilə bağlı reydlərə başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, reydlərdə 1000-ə yaxın sürücü barəsində protokol tərtib olunub.

Həmçinin, özlərini “parkovşik” kimi təqdim edən 35-ə yaxın şəxs saxlanılıb və onlar müvafiq rayon polis idarələri tərəfindən İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi (müəyyən edilməmiş yerlərdə xidmət göstərilməsinə görə) ilə 80 manat məbləğində cərimə ediliblər.

Lamiyə Məmmədova