Dünya çempionunun bu fotosu viral oldu - Fotolar

dunya-cempionunun-bu-fotosu-viral-oldu
Oxunma sayı: 5276

Parisdə keçirilən Yay Olimpiya oyunlarında braziliyalı sörfçü Qabriel Medinanın kişilər arasında sörfinq yarışı zamanı çəkilən fotosu sosial şəbəkələrdə marağa səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, fotonun reallığına inananlar qədər, inanmayanlar da olub. 

Belə ki, görüntülərin fotoşopla düzəldildiyini və ya süni intellekt (AI) vasitəsilə yaradıldığını hesab ediblər. Onun fotosu oyunların ən yaddaqalan görüntülərindən biri kimi təqdim edilir.

İdmançı sözügedən yarış zamanı 9,90 xal toplayıb və 1/4 finala yüksəlib.

Qeyd edək ki, 31 yaşlı Qabriel 2014, 2018 və 2021 WSL (Dünya Sörf Liqası) Dünya Çempionatının qalibi olub.