Dünyada koronavirusdan ölüm halları kəskin azalıb

dunyada-koronavirusdan-olum-hallari-keskin-azalib
Oxunma sayı: 1226

“Mayın 8-dən iyunun 4-nə qədər dünyada 1,7 milyondan çox insan koronavirusa yoluxub. 10 463 nəfər isə dünyasını dəyişib”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb.

Məlumata görə, daha əvvəlki 28 günlə müqayisədə dünyada koronavirusdan ölüm halları 47%, yoluxma isə 38% azalıb. 

Bildirilir ki, sözügedən dövr ərzində ən çox yoluxma Koreya Respublikasında qeydə alınıb. Belə ki, mayın 8-dən iyunun 4-nə qədər bu ölkədə 470 093 nəfər COVID-19-a yoluxub. 

Qeyd edək ki, ÜST-nin iyunun 7-nə olan məlumatına görə, dünyada ümumilikdə 767 750 853 yoluxma halı qeydə alınıb, 6 941 095 nəfər isə həyatını itirib.