Dünyada və Avropada təhsil niyə geriləyir?

dunyada-ve-avropada-tehsil-niye-gerileyir
Oxunma sayı: 1460

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesabatlarına əsasən, dünya üzrə şagird nailiyyətlərində zəifləmə müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, 2023-cü il 5 dekabr tarixində dərc edilmiş PISA 2022 beynəlxalq qiymətləndirmə tədqiqatının hesabatlarında əksər Avropa və Amerika ölkələrində şagirdlərin riyaziyyat, oxu və təbiət elmləri üzrə göstəriciləri zəifləyib.

Hesabatda o da qeyd olunur ki, nəticələrin zəifləməsinin əsas səbəbi COVID-19 pandemiyasının təhsilə mənfi təsiri ilə əlaqədardır. Xatırladaq ki, koronavirus pandemiyası dövründə ölkəmizdə də ümumi təhsil müəssisələrinin bağlanmasına qərar verilib və tədris məsafədən onlayn formada davam etdirilib. Ötən gün  Təhsil İnstitutunun rəsmi veb-saytında ölkəmizin PISA 2022 tədqiqatına dair nəticələri təqdim edilib. Qeyd edək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən PISA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini qiymətləndirir.

Görünür, tədrisin onlayn həyata keçirilməsi təkcə ölkəmizdə deyil, həmçinin dünyada mənfi təsirlərə səbəb olub. Belə ki, bəzi məqamları aşağıdakı müddəalarla sıralaya bilərik:

- Onlayn təhsil təhsil tədrisin keyfiyyətini və effektivliyini təhdid edir. Bəzi təhsilalanlar üçün məişət çətinlikləri, internet çatışmazlığı və ya texniki problemlər hələ də qalmaqdadır.

- Onlayn model təhsilalanların bir-biri və müəllimləri ilə fiziki olaraq ünsiyyətini çətinləşdirir. Sözügedən amil sosial bacarıqların inkişaf etməsində və şagirdlərin bir-biri ilə təcrübə mübadilə etməsində məhdudiyyətlər yaradır. Bu isə öz növbəsində təhsilalanlarda motivasiyanın zəifləməsinə səbəb olur.

- PISA 2022 tədqiqatı qiymətləndirmə nəticələrinə əsasən, ölkələrin geriləməsinin səbəblərindən biri şagirdlərin rəqəmsal cihazlardan səmərəsiz istifadəsi və asılılığıdır. Məsələn, şagirdlərin öyrənmək məqsədilə rəqəmsal cihazlardan gün ərzində 5 saata qədər istifadəsi onların riyaziyyat nəticələrinə müsbət, 5 saatdan çox istifadəsi isə mənfi təsir göstərir.

Bununla belə, onlayn tədrisin tamamilə yararsız olduğunu demək çətindir. Yalnız COVID-19 pandemiyasının mənfi təsirlərindən, eyni zamanda gələcək təhlükələrdən qorunmaq üçün təhsilalanlara məktəbdə sağlam mühit yaratmaq və müxtəlif təhsil sistemləri üçün fərqli strategiyalar hazırlamaq əsas istiqamətlərdən biri kimi seçilməlidir.

Dünya mediasında PISA 2022 tədqiqatının nəticəsi ilə bağlı əks-sədalar birmənalıdır. Onlardan bir neçəsini təqdim edirik: