Sumqayıt şəhərinda şirkət əməkdaşı iş yerində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 11 radələrində 4-cü mikrorayon ərazisində yerləşən “Dynamex” kargo şirkətinin ofisində baş verib.
Belə ki, orada işləyən 1998-ci il təvəllüdlü Abşeron sakini Orxan Dilqəm oğlu Məmmədov anidən vəfat edib.
Onun böyrək çatışmazlığından öldüyü bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər