Edis aeroportda saxlanıldı

edis-aeroportda-saxlanildi
Oxunma sayı: 926

İstanbul prokurorluğunda tanınmış şəxslərlə bağlı aparılan cinayət işi çərçivəsində daha bir sənətçi saxlanılıb.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, müğənni Edis Görgülü xarici ölkədən Türkiyəyə qayıdarkən İstanbul hava limanında saxlanılıb.

O, narkotiklərin emalı və ticarəti, narkotik daşınması, əməliyyat tədbirlərinə çətinlik yaratma, fahişəliyə sövqetmə kimi əməllərdə şübhəli bilinir.

Edis dərhal aidiyyəti şöbəyə təhvil verilib və ekspertizadan keçməsi üçün nümunələr götürülüb.

Qeyd edək ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadise, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.