Əfqanıstan XİN-in yaxınlığında partlayış - Ölən və yaralananlar var

efqanistan-xin-in-yaxinliginda-partlayis
Oxunma sayı: 965

Kabildə Əfqanıstan XİN-in binası yaxınlığında partlayış baş verib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, partlayış kamikadze tərəfindən törədilib.

İnsident nəticəsində 6 dinc sakin həlak olub, daha bir neçə nəfər isə xəsarət alıb.

Hələ ki ölkədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.