Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncama əsasən, əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir.
“Qafqazinfo” xəbər verir ki, Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunub.
Həmçinin oxuyun: Рафик Байрамов помилован
Müvafiq hökmlərə əsasən, cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcək .
Beləliklə, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 11 nəfər əcnəbi cəzanın çəkilməmiş hissəsindən azad ediliblər:
- Əhmədov Vəli İsa oğlu, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il 1 dekabr tarixli hökmü ilə məhkum edilib;
- Osmanov Roman Şaliko oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2021-ci il 20 may tarixli hökmü ilə məhkum edilib;
- Ramazanov Kurban Vəli oğlu, 1983-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2020-ci il 7 avqust tarixli hökmü ilə məhkum edilib;
- Rasulov Maqomedrasul Muxtaroviç, 1966-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilinb;
- Zhifang Lin, 1963-cü ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilib;
- Vəliyev Mehralı Kamil oğlu, 1976-cı ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2020-ci il 21 yanvar tarixli hökmü ilə məhkum edilib;
- Məsimov Şahbədin Məsim oğlu, 1957-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 21 sentyabr tarixli hökmü ilə məhkum edilib;
- Menglin Chen, 1988-ci ildə anadan olmuş, Çin Xalq Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2018-ci il 29 oktyabr tarixli hökmü ilə məhkum edilib;
- İsmailov İsmail, 1994-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 18 yanvar tarixli hökmü ilə məhkum edilib;
- İsayev İlham Qasım oğlu, 1981-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2021-ci il 20 dekabr tarixli hökmü ilə məhkum edilib;
- Hakan Turan Serhat oğlu, 1993-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Biləsuvar Rayon Məhkəməsinin 2022-ci il 23 fevral tarixli hökmü ilə məhkum edilib.
- Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 2 əcnəbinin -1958-ci il təvəlüdlü Gürcüstan vətəndaşı Akhmedov Tafdıg Camal (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 12 iyul tarixli hökmü ilə məhkum edilib) və 1983-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yavuz Şener Süleyman oğlunun (Şəmkir Rayon Məhkəməsinin 2021-ci il 14 dekabr tarixli hökmü ilə məhkum edilib) cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
- Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir əcnəbi - Rusiya vətəndaşı 1978-ci il təvəllüdlü Berest Marina Viktorovnanın cəzasının çəkilməsi təxirə salınıb. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 21 oktyabr tarixli hökmü ilə məhkum edilib.
Son xəbərlər
Son Xəbərlər