“Əhalinin başına oyun açırlar” – - Cavid Qurbanov

ehalinin-basina-oyun-acirlar-
Oxunma sayı: 7039


“Qafqazinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, o, Milli Məclisin iqtisadi-siyasi komitəsinin iclasında Vergilər Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən banklar sadəcə soyğunçuluqla məşğuldurlar: “Banklar əhalinin başına olmazın oyun açırlar. Məcəlləyə dəyişikliyə gəldikdə deyə bilərəm ki, bu, prezident tərəfindən təqdim olunub və ölkə başçısı hər zaman  xalqın, xüsusən də sadə vətəndaşların qeydinə qalıb və bu siyasəti yürüdüb. Sadəcə onun tapşırıqları bəzən məmurlar tərəfindən düzgün olmayan tərəfə yönəldilir”.

Qəzt yazır ki, Cavid Qurbanovun özünün də bankı var. “Dəmirbank”ın məhz “Azəryolservis” şefinə məxsus olduğu bildirilir. Bu bankın da kredit faizləri digərlərindən fərqlənmir. Yəni, elə Cavid Qurbanovun bankı da soyğunçuluqla məşğul olur.

Onu da qeyd edək ki, bundan əvvəl YAP-çı deputat Siyavuş Novruzov da kreditlərin yaratdığı problemlərdən danışarkən bankları ittiham etmişdi. “Camaat borca düşür, mənzilləri əlindən alınır. Əhali bu pulu ödəmək üçün ya oğruluqla, ya da narkotika alveri ilə məşğul olmalıdır. Ipoteka krediti ilə bağlı da problemlər mövcuddur”,- deyə Siyavuş Novruzov vurğulamışdı.