Əhməd Məmmədliyə 6 il həbs verildi

ehmed-memmedliye-6-il-hebs-verildi
Oxunma sayı: 1309

Bakıda baş verən insidentə görə saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi ilə bağlı məhkəmə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist İzolda Ağayeva məlumat paylaşıb.

O bildirib ki, Ə.Məmmədliyə 6 il həbs cəzası verilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, ötən il mayın 6-da 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevə Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb. Hadisəyə taksidə yer üstündə mübahisənin səbəb olduğu bildirilib. Əhməd Məmmədli barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.