Əhmədbəyli-Füzuli-Şuşa yolundan ən son - Fotolar

ehmedbeyli-fuzuli-susa-yolundan-en-son
Oxunma sayı: 4923

İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonları birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “Qafqazinfo”ya verilən məlumata görə, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. 

Rəsmi məlumata görə, hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. 

Bildirilib ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.