Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi olacaq

Elçin Əfəndiyevin qızı Konstitusiya Məhkəməsinin hakimi olacaq
Oxunma sayı: 4369

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi məsələsinə baxılıb.

“Qafqazinfo” xəbər verir ki, iclasda Konstitusiya Məhkəməsinə Humay Elçin qızı Əfəndiyevanın namizədliyi məsələsi müzakirə edilib.

Deputatlar H.Əfəndiyevanın namizədliyi məsələsinə müsbət rəy veriblər. Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, H.Əfəndiyeva Baş nazirin sabiq müavini, yazıçı Elçin Əfəndiyevin qızıdır. H. Əfəndiyeva hazırda Konstitusiya Məhkəməsinin Cinayət və inzibati hüquq şöbəsinin müdiridir.

 Günel Türksoy