Müğənni Elçin Hüseynov şəxsi təyyarəsi olması ilə bağlı gəzən xəbərə sərt reaksiya verib.
“Qafqazinfo”nun xəbərinə görə, ifaçı gecce.az-a açıqlamasında bildirib ki, şəxsi təyyarəsi olması barədə açıqlama vermədiyini söyləyib: “Mən elə söz işlətməmişəm. O xanım bunu niyə belə şişirdərək yazıb anlamıram. 2005-ci ilə rejissor Natiq Novruzov “Bir kimsəmdə yox” adlı mahnıma klip çəkmişdi. Sağ olsun dostlarım, yaxınlarım klipimdə şərait yaratdılar və təyyarə ilə çəkildim. Bəli, bunu ilk dəfə Azərbaycanda mən etmişəm. Hətta, o zamanlar maqazin proqramları belə guya mənim şəxsi təyyarəm var deyə efirdə məlumat yaymışdılar. Mənim təyyarəm yoxdur, müsahibə zamanı isə elə bir açıqlama verməmişəm. Doğrudur,bir neçə obyektim var. Hamının tanıdığı ”Niel” restoranı da şəxsən mənimdir. Ümumiyyətlə bu xəbərdən sonra özümə söz vermişəm, daha heç kimə müsahibə verməyəcəm”.
Son xəbərlər
Son Xəbərlər