Eldar Quliyevlə görüşdə seçici coşqusu... - Fotolar

eldar-quliyevle-gorusde-secici-cosqusu
Oxunma sayı: 3576

28 saylı Sabunçu III seçki dairəsindən deputatlığa namizəd Eldar Quliyevin görüşündə böyük seçici coşqusu müşahidə olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Maştağa qəsəbəsinin Mədəniyyət evində keçirilən görüşdə Maştağa, Nardaran, Bilgəh və Zabrat qəsəbələrindən olan seçicilər iştirak ediblər.

Çıxış edən ağsaqqallar, qəsəbə sakinləri, gənclər Eldar Quliyevin deputat olduğu müddətdə gördüyü işlərdən, seçildiyi dairənin problemlərinin həlli istiqamətində fəaliyyətlərindən danışıblar.

Seçicilər seçkilərdə birmənalı olaraq Eldar Quliyevi dəstəklədiklərini bildiriblər.