“46 ölkə bu və ya digər formada elektron siqaretləri qadağan edib. Tam qadağan edən ölkələr də var. Ümumi olaraq, bunu qanunla etməliyik ki, gələcəkdə qarışıqlıq yaratmasın”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri deputat Vüqar İsgəndərov Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
“Şəxsən mənim tanıdığım insan var ki, buna görə uzun müddətdir müalicə alır. Elektron siqaretlər xüsusilə gənclər üçün fəsad yaradır. Çünki bir dəfə alır və davamlı istifadə edir. Təəssüf ki, ən az qadağan olunan qitə Avropadır. Ən çox qadağan olunan qitə isə Latın Amerikasıdır. Bizdə də qanunun işləməsi üçün çalışmaq lazımdır ki, gələcəkdə sözlərlə manipulyasiya olunmasın. Elektron siqaretlərin alqı-satqısı, istifadəsi tamamilə qadağan olunarsa, gələcək nəsillərin qorunmasına dəstək vermiş olardıq”, - deputat əlavə edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər