Ələt-Astara yolunda ağır qəza - Ölən və xəsarət alan var+Yenilənib

elet-astara-yolunda-agir-qeza
Oxunma sayı: 4972

Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, idarəetmədən çıxan “BMW X5” markalı minik avtomobili yolun kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin ölüb, sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

Ələt-Astara avtomobil yolunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.

Qəza nəticəsində sərnişin Gözəlov Əli Kəlbihüseyn dünyasını dəyişib. Avtomobilin sürücüsü Məcidov Rəfail Musa oğlu isə xəsarət alıb.