Əli Əsədov Putinlə görüşdü - Foto

eli-esedov-putinle-gorusdu
Oxunma sayı: 4057

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzvlərini salamlayıb.

Ə.Əsədov görüşdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Baş nazir Azərbaycan-Rusiya strateji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.