Əli Əsədov Rəisinin anım mərasimində - Yenilənib - Video

eli-esedov-reisinin-anim-merasiminde
Oxunma sayı: 15265

Mayın 22-də Baş nazir Əli Əsədov İran İslam Respublikasına səfər edəcək.

Bu barədə “Qafqazinfo”ya Nazirlər Kabinetindən (NK) məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edəcək.

Bildirilib ki, nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər daxildir.

***

Baş nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti Tehrandadır.

***

Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti helikopter qəzasında faciəli surətdə həlak olan İran rəsmilərinin Tehranda keçirilən rəsmi anım mərasimində iştirak edib.

Baş nazir Əli Əsədov İran İslam Respublikasının Birinci vitse-prezidenti, Prezidentin vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək ona Azərbaycan Prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verib.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.