Əli Əsədov və Muxtar Tleuberdi görüşdü

eli-esedov-ve-muxtar-tleuberdi-gorusdu
Oxunma sayı: 1049

Baş nazir Əli Əsədov bu gün Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd edilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.