Əlikram Bayramovun itkin düşən qardaşı oğlu tapıldı

elikram-bayramovun-itkin-dusen-qardasi-oglu-tapildi
Oxunma sayı: 6056

Ötən ay itkin düşən müğənni Əlikram Bayramovun qardaşı oğlu Rahid Bayramov tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, itkin kimi axtarışı elan olunan Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb. 

Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.

Qeyd edək ki, R. Bayramov mayın 7-si Biləsuvardan Bakıya gəlib, ayın 8-dən isə ondan xəbər alınmamışdı.