Əliyevin də qatıldığı iclas 2 saatlıq təxirə salındı - Putinə görə

eliyevin-de-qatildigi-iclas-2-saatliq-texire-salindi
Oxunma sayı: 8101

Bişkekdə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası planlaşdırılan vaxtdan 2 saat gec başlayacaq.

Qafqazinfo” qırğız KİV-ə istinadən xəbər verir ki, buna səbəb Rusiya prezidenti Putinin iclasa gecikməsidir. Qırğızıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Putinin gecikməsinə səbəb pis hava şəraitidir.

Qeyd edək ki, artıq digər ölkə liderləri, o cümlədən Azərbaycan prezidenti iclasda iştirak etmək üçün bu ölkədə səfərdədir.