“Cari ildə ölkənin xarici ticarəti və tədiyyə balansı profisitdir. Valyuta bazarında tarazlıq müşahidə olunur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, milli valyutanın məzənnəsi sabitdir: “Valyuta təklifi orta valyuta təklifini iki dəfə üstələyib. Uçot dərəcəsi 15 faizdən 6,25 faizə endirilib. Cari ildə pul bazası 7,3 faiz artıb. İllik inflyasiya 10 faiz təşkil etməklə hökumətin və Mərkəzi Bankın hədəflərindən kənarlaşıb.
İstehlak kreditlərinin faiz dərəcəsinin azalması müşahidə olunur”.
***
E. Rüstəmov qeyd edib ki, 2022- ci ildə 4, 9 faiz həcmində qeyri-neft artımı gözlənilir: “Fiskal siyasətin əsas hədəfi kontur tsikl olmasıdır. Mərkəzi Bankın qeydi ondan büdcə kəsirinin maliyyələşdirilməsi xərcinin qarşılanmasıdır. Bu proqnozlaşdırılan hədəflərə mane ola bilər. Növbəti ildə Mərkəzi Bank inflyasiyanı məqbul hədd trayektorusuna qaytarmağı hədəfləyir. Mərkəzi Bank növbəti ilin ortalarında inflyasiyanın 6-7 faiz həcmində olacağını proqnozlaşdırır.
O əlavə edib ki, süni qiymət artımı ilə bağlı iqtisadiyyatda rəqabəti gücləndirməliyik.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər