Elşad Abdullayevdən daha bir- - Video

elsad-abdullayevden-daha-bir-
Oxunma sayı: 3713


"Qafqazinfo" xəbər verir ki, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent təqdim edilib. Videolentlərdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevlə universitetin komendantı vəzifəsində işləyən Məmmədəli Əliyevin danışıqları əks olunub. M. Əliyev o zaman Milli Təhlükəsizlik Nazirinin müavini olan Əli Nağıyevlə görüşdüyünü bildirir. Eyni zamanda qeyd edir ki, istintaqa ifadə verib və müğənni Mətanət İsgəndərli ilə üzləşdirilib. M. Əliyev həmçinin qeyd edir ki, MTN generalı Hilal Əsədovla Ə.Nagıyevin otağında görüşüb. Komitədən verilən məlumata görə, M.Əliyevin bir müddət əvvəl verdiyi bəyanat həqiqəti əks etdirmir. M. Əliyev həmin bəyanatı Mahir Abdullayevi oğurlayan dəstənin təzyiqi ilə verib.Komitə eyni zamanda bəyan edir ki, videolenti Baş Prokurorluğa göndəriləcək.