“Embawood” şirkətinin rəhbərliyində dəyişiklik baş verib.
“Qafqazinfo” şirkətin mətbuat xidmətinə istinadən xəbər verilir ki, təsisçilərin 28 noyabr 2025-ci il tarixli ümumi yığıncağının qərarına əsasən, Əliyev Emil Vaqif oğlu baş direktor vəzifəsinə təyin edilib.
Bununla bağlı şirkətin təsisçisi Elşad Abbasov müvafiq əmr imzalayıb.
Emil Əliyev təyinata qədər “Embawood” şirkətində Baş direktorun Kommersiya işləri üzrə müavini vəzifəsində çalışırdı. O, 08 dekabr 2025-ci il tarixindən etibarən şirkətin Baş direktoru vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, “Embawood” şirkətinin rəhbərliyində baş verən struktur dəyişikliyi nəticəsində, keçmiş baş direktor Elşad Abbasov İnşalla oğlu şirkətin Müşahidə Şurasının sədri vəzifəsinə seçilib.

Son xəbərlər
Son Xəbərlər