“Embawood”dan qəzaya düşən işçiləri ilə bağlı - Açıqlama

embawooddan-qezaya-dusen-iscileri-ile-bagli
Oxunma sayı: 11183

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda qəzaya düşən mikroavtobusun “Embawood” şirkətinə məxsus olması ilə bağlı yayılan xəbərlərə şirkət rəsmi münasibət bildirib.

“Embawood”dan “Qafqazinfo”ya verilən məlumata görə, həlak olan və yaralanan sərnişinlərin əksəriyyəti həqiqətən də şirkətin işçiləri olublar. Lakin onların qəzaya düşdükləri mikroavtobus şirkətə məxsus olmayıb, onu sərnişinlər özləri tutublar. 

Şirkət rəsmisinin sözlərinə görə, mikroavtobus Bakı Avtovağzalından “Embawood”un Sumqayıt filialına doğru hərəkət edirmiş.

Günel Türksoy