Əməkdar artist vəfat etdi

emekdar-artist-vefat-etdi
Oxunma sayı: 3799

Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Akif Mirabov vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, o bu gün dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atasıdır.

A. Mirabov 2000-ci ildə Respublikanın Əməkdar artisti adını alıb, 2013- cü ildə “Tərəqqi” medalı, 2019-cu ildə Prezidentin Fəxri diplomu və bir çox fəxri fərmanlarla təltif olunub. 

Ziya Əmirxanlı