Emin Ağalarov anasına mahnı həsr etdi - Video

emin-agalarov-anasina-mahni-hesr-etdi
Oxunma sayı: 2517

Xalq artisti Emin Ağalarov (EMIN) anası İrina Ağalarovaya həsr etdiyi “Blaqodaru, Mama” (Təşəkkür edirəm, Ana-red.) adlı mahnsına çəkdirdiyi klipini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, mahnının müəllifləri İvan Maqda və Yekaterina Prixodkodur.

“Bəzən bizi məsafələr, qayğılar və işlər, zaman ayırır. Lakin bu gərgin həyatda mənim üçün ən əsas və dəyişməz şeylər var – ailə və sevgi. Ana, istəyirəm ki, həmişə biləsən və yadda saxlayasan ki, mən səni çox sevirəm. Bu mahnı elə ilk notlardan ürəyimə yatdı, o mənim sənə olan münasibətimi və minnətdarlığımı ifadə edir. Təşəkkür edirəm, Ana. Hələ çox illər yanımda ol. Sənin oğlun, Emin”, - EMIN mahnı haqda deyib.

Klipin rejissoru Anna Ovçinnikovadır.

Qeyd edək ki, sözügedən mahnı EMIN-in mayın 12-də işıq üzü görəcək albomuna daxil ediləcək.