Əmircanda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib

emircanda-aciq-erazideki-yangin-sonduruldu
Oxunma sayı: 990

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə yanğın olmasə barədə ilkin məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.