Əmisi ilə birgə maşını işlək vəziyyətdə qoyub yatdılar - İkisi də öldü - Yenilənib

emisi-ile-birge-masini-islek-veziyyetde-qoyub-yatdilar
Oxunma sayı: 5120

Füzulidə iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, rayon ərazisinə işləmək üçün gedən 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu 28 yaşlı Vüsal Hətəmli onlara məxsus avtomobili işlək vəziyyətdə qoyaraq yatıblar.

Daha sonra avtomobilin qızdırıcısında yaranan karbon monoksid qazı (dəm qazı) onların boğularaq ölməsinə səbəb olub.

Faktla bağlı araşdırma başlanıb.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 12:30 radələrində  Füzuli rayonundan təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Ziya Əmirxanlı