Ən böyük balığı tutsalar da, rekordları təsdiqlənmədi

en-boyuk-baligi-tutsalar-da-rekordlari-tesdiqlenmedi
Oxunma sayı: 471

ABŞ-nin Vermont ştatında ata və oğul 18,5 kiloqram çəkisi olan nəhəng balıq tutublar.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, onlar balığı balıqçılıq yarışı zamanı tutublar. Balıq o qədər böyük olub ki, qayığın eninə sığmayıb.

Bildirilib ki, ata və oğul balığın şəklini çəkib, çəkisini ölçdükdən sonra onu yenidən suya buraxıblar. Balığın çəkisi ştatın əvvəlki rekordundan da çox olub. 

Belə ki, onların tutduğu durnabalığı, Kris Bib tərəfindən 2005-ci ildə müəyyən edilmiş əvvəlki ştat rekordundan — 17,3 kiloqramdan — bir kiloqramdan çox daha ağır idi.

Lakin yeni rekord təsdiqlənməyib.

Vermontda ziddiyyətli qanunlar səbəbindən, həmin balıq növü üçün yeni bir rekordun qeydə alınması demək olar ki, mümkün deyil. Çünki ştat 2008-ci ildə bu növ üçün balıq ovunu qadağan edib. Texniki cəhətdən rekord qırmaq mümkün olsa da, bunun üçün balığın dərhal sertifikatlaşdırılmış tərəzidə çəkilməsi, bioloq tərəfindən yoxlanılması və buraxılması tələb olunur.