Ən çox onun nazir olması müzakirə yaratdı

en-cox-onun-nazir-olmasi-muzakire-yaratdi
Oxunma sayı: 14908

Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşək təyin olunub.

"Qafqazinfo" xəbər verir ki, yeni nazirlər arasında ən çox müzakirə olunan şəxslərdən biri də Mehmet Şimşəkdir. 

M. Şimşək bu postda Nurəddin Nəbatini əvəzləyib.

Həmçinin oxuyun: Эрдоган встретился с Ильхамом Алиевым - Видео

Qeyd edək ki, yeni nazir 1967-ci ildə Batmanda anadan olub. Şimşək 22 iyul 2007-ci il seçkilərində AK Partiyadan deputat seçilib. O, 2009-cu ildə maliyyə naziri vəzifəsinə təyin olunub. O, Binəli Yıldırımın Baş nazir olduğu hökumətdə onun müavini olub. 

Yeni maliyyə və xəzinə nazirinin Türkiyə vətəndaşlığı ilə yanaşı, Amerika və Böyük Britaniya vətəndaşlığı da var.

Şimşək evlidir, üç övladı var.