Artıq layihə ilə bağlı saytda postmodernist yazarların yazıları və müsahibələri dərc olunub. Layihənin ilk ayında “Azərbaycanda postmodernist yazarları tanıyırsız?” başlıqlı sorğu yayımlanmışdı. Sorğunun nəticələri isə belədir:

Bu gündən isə ikinci sorğuya başlayırıq. “Ən yaxşı postmodernist yazar kimdir?” sorğusunda iştirak edib oxucusu olduğunuz yazara səs verə bilərsiz, eyni zamanda istədiyiniz başqa yazarların adlarını təklif edə bilərsiz. Təklif etdiyiniz yazarların adları da sorğuya əlavə olunacaq.
Bir daha xatırladaq ki, layihədə iştirak etmək istəyən gənclər [email protected] elektron poçtuna və saytın Facebook səhifəsinə yazıları göndərə bilərlər. Şərtlərə cavab verən bütün yazılar yayımlanacaq.
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi ilə “Qafqazinfo”nun birgə layihəsi Azərbaycan Respublikası Prezidentinin Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Son xəbərlər
Son Xəbərlər
