Ərdoğan Azərbaycana bu tarixdə gələcək

erdogan-azerbaycana-bu-tarixde-gelecek
Oxunma sayı: 11588

Rəcəb Tayyib Ərdoğan Türkiyə Prezidenti seçildikdən sonra ilk səfərlərini iki ölkəyə edəcək.

“Qafqazinfo” “Yeni Şafak”a istinadən xəbər verir ki, dövlət başçısı iyunun 12-də Şimali Kipr Türk Respublikasına, iyunun 13-də isə Azərbaycana səfər edəcək.

O, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar  və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlər keçirəcək.

Azərbaycan və Türkiyə prezidentləri Qafqazda sülh və sabitliyə yönəlmiş mesajlarla çıxış edəcəklər.