Ərdoğan Azərbaycanı təbrik etdi - Foto

erdogan-azerbaycani-tebrik-etdi
Oxunma sayı: 2232

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

“Dostumuz, qardaşımız: “iki dövlət, bir millət” şüarına malik olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi hisslərimlə təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamlarını və sevgilərini çatdırıram”, - paylaşımda qeyd olunub.