Ərdoğan bu gün and içəcək

erdogan-bu-gun-and-icecek
Oxunma sayı: 4342

Bu gün Türkiyədə prezident seçkilərində yenidən qalib gələn Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək. 

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, mərasimdə Azərbaycan, Şimali Kipr, Qazaxıstan da daxil olmaqla, 20-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

Bəzi ölkələri isə XİN rəhbərləri təmsil edəcək. 

İnauqurasiya ilə bağlı ilk tədbir Türkiyə Böyük Millət Məclisində keçiriləcək. Daha sonra isə Beştepedə prezident iqamətgahında tədbir təşkil ediləcək. 

Bunun ardınca isə, Ərdoğanın Çankaya iqamətgahına gedəcəyi bildirilir. O, burada ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.