Ərdoğan helikopter qəzası ilə bağlı paylaşım etdi

erdogan-helikopter-qezasi-ile-bagli-paylasim-etdi
Oxunma sayı: 12016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi və onun nümayəndə heyətinin olduğu helikopterin qəza enişi etməsi ilə bağlı rəsmi “X” hesabında paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, paylaşımda bu fikirlər qeyd olunub:

“İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi.

Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından, İran hakimiyyəti ilə tam təmasda və koordinasiyada izlədiyimizi və lazım olan hər cür dəstəyi verməyə hazır olduğumuzu bildirmək istəyirəm.

Qonşumuz, dostumuz və qardaşımız olan İran xalqına və hökumətinə xalqım adından keçmiş olsun deyir və ən qısa zamanda cənab Prezident və onun nümayəndə heyətindən xoş xəbər alacağıma ümid edirəm”.