Ərdoğan Kazanda həmin terrordan danışdı - “4 şəhidimiz var”

erdogan-kazanda-hemin-terrordan-danisdi
Oxunma sayı: 3092

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı terror aktı ilə bağlı açıqlama verib.

“Qafqazinfo” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Rusiyanın Kazan şəhərində keçirilən BRİCS sammitində çıxışı zamanı danışıb.

Türkiyə Prezidenti Rusiyada keçirilən beynəlxalq platformadan terror aktını pislədiyini də bəyan edib:

“4 şəhidimiz, 14 yaralımız var. Yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır. Bu dəhşətli terror aktını lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.