Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, qəbul “3+3” formatında xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacaq.
Məlumata görə, Mirzoyanla türkiyəli həmkarı Hakan Fidan arasında da danışıqlar planlaşdırılır.