Ərdoğan Nazirlər Kabinetinin tərkibini açıqladı - Video + Foto

erdogan-nazirler-kabinetinin-terkibini-aciqladi
Oxunma sayı: 9340

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb.

“Qafqazinfo” yeni Nazirlər Kabinetinin tərkibini təqdim edir:

Yeni hökumətdə vitse-prezident vəzifəsini Cevdet Yılmaz tutub.

Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın Bak gənclik və idman, Mehmet Şimşək xəzinə və maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət və turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye və texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı və meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat və infrastruktur naziri vəzifələrinə təyin olunublar.