Ərdoğan onu yenidən nazir təyin etdi

erdogan-onu-yeniden-nazir-teyin-etdi
Oxunma sayı: 5379

Türkiyənin ədliyyə naziri Abdulhamit Gül istefa verib.

“Qafqazinfo” xəbər verir ki, artıq yeni nazirin adı da müəyyənləşib.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama əsasən, Bəkir Bozdağ ədliyyə naziri təyin olunub.

Qeyd edək ki, 57 yaşlı Bəkir Bozdağ 2015-2017-ci illərdə də ədliyyə naziri kimi çalışıb. Bundan başqa o, Baş nazir müavini (2017-2018), həmçinin Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının deputatı olub.

Qeyd edək ki, Abdulhamit Gül 2017-ci ildə ədliyyə naziri təyin edilmişdi.